Rusiyalı dostlara minnətdarlığımı bildirirəm ki, Avropa çempionatının seçmə mərhələsi ərəfəsində bizə yoldaşlıq görüşü keçirməyə şərait yaratdılar. Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts sentyabrın 2-də Moskvadakı "Ekaterinsky Hall" otelində təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, Rusiya sabahkı oyundan sonrakı 2 il müddətində Bakıya gəlməlidir. İki federasiya arasında belə razılıq əldə olunub. Bu, bizi sevindirir. Bu oyun Rusiya yığması üçün də ciddi sınaqdır. Çünki bizimlə qarşılaşma dünya çempionatından sonra onların ilk oyunudur. Rusiya Futbol İttifaqının Fabio Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı məşqçi güclü mütəxəssisdir.
Berti Foqts vurğulayıb ki, Azərbaycan Premyer Liqası Türkiyənin birinci dəstəsindən zəif deyil. Ona görə də millimizin futbolçularının qonşu ölkənin aşağı liqasında deyil, Avropanın aparıcı klublarında oynamasının tərəfdarıyam. Rusiya yığması ilə oyunda məni ancaq qələbə qane edəcək. Bu, mənim üçün vacibdir. Yaxşı mübarizə aparıb, qələbə qazanmağa çalışacağıq.
Qeyd edək ki, Rusiya – Azərbaycan yoldaşlıq oyunu sentyabrın 3-də Moskvadakı "Ximki Arena"da keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB