"Xəzər Lənkəran" Mbilla Etame ilə müqaviləyə xitam verib

"Xəzər Lənkəran" Mbilla Etame ilə müqaviləyə xitam verib

"Xəzər Lənkəran" futbol klubu və futbolçu Mbilla Etame arasında olan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. SİA-nın məlumatına görə, bir il öncə komandaya qoşulan kamerunlu hücumçu klubun heyətində 41 oyunda meydana çıxaraq 15 qola imza atıb.

"Xəzər Lənkəran" FK rəhbərliyi Mbilla Etameyə komandada olduğu müddət ərzində göstərdiyi oyuna görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Şəxsi problemləri səbəbindən uzun müddətdir komandanın düşərgəsində olmayan Sadio Tounkara heyətə qoşulub və fərdi şəkildə intensiv məşq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə