İdmançılarımız dünya çempionatında uğurla iştirak ediblər

Serbiyanın paytaxtı Belqradda veteran güləşçilərin dünya çempionatı keçirilib. Azərbaycan çempionatda altı güləşçi və bir hakimdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Gərgin mübarizə şəraitində keçən yarışda 32 ölkənin güləşçiləri iştirak ediblər. Müxtəlif çəki dərəcələrində idmançılarımız - Musa Mirzəyev birinci, Taryel Məmmədov ikinci, Əlisahab Əliabbasov və Şəkərxan Əlismanov isə üçüncü yeri tutublar.

Nümayəndə heyətimiz Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Belqradda Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa olunmuş "Taşmaydan parkı"na gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar. Bununla yanaşı, idmançılar Azərbaycanın bu ölkədəki səfirliyində Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə