Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 5 qızıl, 6 gümüş, 1 bürünc medal qazanan idmançılarımız vətənə qayıdıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onları Heydər Əliyev Beynəlxalq Hava limanında Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəsmiləri qarşılayıb. Qarşılanma mərasimindən sonra idmançılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qeyd edək ki, Çinin Nancinq şəhərində Yeniyetmələrin II Yay Olimpiya oyunlarında 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edirdi. Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan–roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədir.
21 idmançıdan 12 idmançı medalla vətənə qayıdır.
Qızıl medal alan idmançılar:
- Səid Quliyev (73 kq)- taekvando
- İslambek Dadov (69 kq)- yunan roma
- Rüfət Hüseynov (49 kq)- boks
- Teymur Məmmədov (63 kq)– sərbəst güləş
- İqbal Hacızadə (100 kq)- sərbəst güləş
Gümüş medal:
1. Leyla Əliyeva (44 kq)- cüdo
2. Natiq Qurbanlı (55 kq)- cüdo
3. Ceren Ozbek (44 kq)- Taekvando
4. Baris Yotov - avarçəkmə ( 1 nəfərlik qayıq)
5. Cabbar Nəcəfov (50 kq)- yunan roma güləşi
6. Leyla Qurbanova (52 kq)- qadın güləşi
Bürünc:
Nazim Babayev- atletika (3 təkanla tullanma)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB