Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub. Son oyun gününə daha iki qarşılaşma keçirilib. Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandıran Bakının "Neftçi" klubu bu turda öz meydanında "Simurq"la qarşılaşıb. Görüş 2:1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.
Tarixində ilk Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" klubu bu mövsüm Azərbaycan Premyer Liqasında 3-cü matçına çıxıb. Ağdam təmsilçisi öz meydanında "Bakı"nı qəbul edib. Oyunda qapılara dörd qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.
"Qarabağ" – "Bakı" - 2:2
Qollar: Çumbinyo, 32-pen. (1:0), Nurlan Novruzov, 66 (1:1), Yure Travner, 70 (1:2), Muarem, 84 (2:2)
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov
"İnter Arena" stadionu.
"Neftçi" – "Simurq" - 2:1
Qollar: Araz Abdullayev, 2 (1:0), Julius Vobay, 46 (2:0), Staneyoviç, 54 (2:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
"Neftçi": 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev
"Simurq": 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB