Avqustun 31-i, sentyabrın 1-də Serbiyanın paytaxtı Belqradda çimərlik voleybolu üzrə "CEV Kontinental Cup" turnirinin ikinci mərhələsi keçiriləcəkdir.
Turnirdə Azərbaycanın kişi və qadınlardan ibarət komandaları da mübarizə aparacaqlar. Kişi komandalarımız Litva, Bolqarıstan və Albaniyadan olan cütlüklər ilə, qadın kollektivlərimiz isə Estoniya, Serbiya və Albaniya milliləri ilə qarşılaşacaqlar.
Qadınların yarışında ölkəmizi Yuliya Kərimova - Raquel Gonsalves Ferreira, Zinaida Liubymova – Vivian Danielle Conceiçao Cunha, kişilərin mübarizəsində isə Leonid Gritsai- Bernardo Vermelinger Romano və Artyom Fedorov – Meilton Moises Santos Merces cütlükləri təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB