Futbol üzrə Rusiya yığmasının Azərbaycan yığması ilə yoldaşlıq matçında və AVRO-2016-nın seçmə mərhələsində Lixtenşteyn komandasına qarşı oyunda çıxış edəcək heyəti qəti müəyyən edilib. Rusiya Futbol İttifaqının saytı xəbər verir ki, rusiyalıların baş məşqçisi Fabio Kapello heyətin qəti siyahısına aşağıda sadalanan 25 oyunçunu daxil edib.
Qapıçılar: İqor Akinfeev (MOİK, Moskva), Yuri Lodıqin ("Zenit" Sankt-Peterburq), Artyom Rebrov ("Spartak" Moskva).
Müdafiəçilər: Vasili Berezutski, Serqey İqnaşeviç, Kiril Nababkin (hamısı - MOİK Moskva), Vladimir Qranat ("Dinamo" Moskva), Dmitri Kombarov, Serqey Parşivlyuk (hər ikisi – "Spartak" Moskva), Andrey Semyonov ("Terek" Qroznı), İqor Smolnikov ("Zenit" Sankt-Peterburq).
Yarımmüdafiəçilər: Denis Qluşakov ("Spartak" Moskva), İqor Denisov ("Dinamo" Moskva), Alan Dzaqoyev (MOİK Moskva), Maqomed Ozdoyev ("Rubin" Kazan), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi – "Zenit" Sankt-Peterburq).
Hücumçular: Artyom Dzyuba ("Spartak" Moskva), Aleksey İonov, Aleksandr Kokorin (hər ikisi – "Dinamo" Moskva), Maksim Kanunnikov ("Rubin" Kazan), Aleksandr Kerjakov ("Zenit" Sankt-Peterburq), Dmitri Poloz ("Rostov"), Aleksandr Səmədov ("Lokomotiv" Moskva), Denis Çerışev ("Vilyarreal", İspaniya).
Rusiya milli yığması matçlara hazırlığı sentyabrın 1-də başlayacaq. Xatırladaq ki, Rusiya - Azərbaycan matçı sentyabrın 3-də "Arena Ximki" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB