Millimiz böyükhesablı qələbə qazanıb

Millimiz böyükhesablı qələbə qazanıb

Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması üçüncü yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, "Sturm Graz" (Avstriya) klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb. Nadir Qasımovun het-trik etdiyi oyunda hərəyə bir dəfə Pilağa Mehdiyev, Fərid Nəbiyev və Samir Əliyev fərqlənib.

Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız Avstriyanın "Simmering" klubunun U-16 komandasını 7:0, "SV Kapfenberg " (Avstriya) klubunun U-17 komandasını isə 2:1 hesabı ilə məğlub etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə