Sadıq Sadıqov "Qarabağ"ı təbrik etdi

Sadıq Sadıqov "Qarabağ"ı təbrik etdi

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov "Qarabağ" klubunu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, "Qarabağ" klubunun prezidenti Abdulbari Gözala ünvanlanmış təbrik məktubunda deyilir: "Neftçi" PFK kollektivi adından UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atmağınız münasibətilə sizi və rəhbərlik etdiyiniz "Qarabağ" FK-nın məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarını təbrik edirik. Doğma Qarabağımızın Avropanın böyük futbol ailəsi – UEFA Avropa Liqasının qrup mərhələsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyətdir. Bir daha sizi təbrik edir və Avroliqanın qrup oyunlarında uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə