Qurban Qurbanov: "Beş il əvvəlki məğlubiyyətimizin əvəzini çıxa bildik"

Qurban Qurbanov: "Beş il əvvəlki məğlubiyyətimizin əvəzini çıxa bildik"

"Müəyyən mənada biz beş il əvvəlki məğlubiyyətimizin əvəzini çıxa bildik. Sadəcə, növbəti mərhələyə adlamaq istəyirdik. Buna da nail olduq". SİA-nın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, "Tvente"nin yaxşı komandasının və güclü oyunçularının olduğunu qeyd edib. Baş məşqçi artıq növbəti oyunları düşündüklərini bildirib: "Oyunçularımla fəxr edirəm. Artıq növbəti oyunlarımız haqda düşünürük".

Xatırladaq ki, iki oyunun nəticəsinə görə, "Qarabağ" komandası UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinə vəsiqə qazanıb (İlk oyun 0:0, cavab oyunu 1:1).

Bütün xəbərlər Facebook səhifəmizdə