Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan klubların püşkatma öncəsi səbət bölgüsü müəyyənləşib. SİA-nın xəbərinə görə, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ" ən zəif komandaların yer aldığı dördüncü səbətdə qərarlaşıb.
Qeyd edək ki, 48 klub hərəsində 4 komanda olmaq şərtilə 12 qrupa bölünəcək. Hər səbətdən hər qrupda bir komanda yer alacaq.
Səbətlərin tərkibi aşağıdakı kimidi:
1-ci səbət
Sevilya (İspaniya)
İnter (İtaliya)
Tottenhem (İngiltərə)
PSV (Hollandiya)
Napoli (İtaliya)
Dinamo (Kiyev, Ukrayna)
Vilyarreal (İspaniya)
Fiorentina (İtaliya)
Zalsburq (Avstriya)
Metallist (Ukrayna)
Lill (Fransa)
Kopenhagen (Danimarka)
2-ci səbət
Styaua (Rumınya)
Standard (Belçika)
PAOK (Yunanıstan)
Seltik (Şotlandiya)
Beşiktaş (Türkiyə)
Volfsburq (Almaniya)
Brügge (Belçika)
Dnepr (Ukrayna)
Trabzonspor (Türkiyə)
Panatinaikos (Yunanıstan)
Sparta (Çexiya)
Borussiya (M, Almaniya)
3-cü səbət
Everton (İngiltərə)
Yanq Boyz (İsveçrə)
Dinamo (Xorvatiya)
Sürix (İsveçrə)
Legiya (Polşa)
Eştoril (Portuqaliya)
Partizan (Serbiya)
Torino (İtaliya)
Feyenoord (Hollandiya)
Genqam (Fransa)
Sent-Etyenn (Fransa)
Rio Ave (Portuqaliya)
4-cü səbət
Dinamo (Moskva, Rusiya)
Krasnodar (Rusiya)
Riyeka (Xorvatiya)
Lokeren (Belçika)
Asteras (Yunanıstan)
Slovan (Çexiya)
Apollon (Limassol, Kipr)
Qarabağ (Azərbaycan)
HİK (Finlandiya)
Astra (Rumıniya)
Dinamo (Minsk, Belarus)
Olborq (Danimarka)
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi bu gün Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB