Nanjinq-2014: Teymur Məmmədov və İqbal Hacızadə Olimpiya çempionu olub VİDEOLAR
Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları başa çatıb. SİA-nın məlumatına görə, üçüncü yarış günündə sərbəst güləşçilər mübarizə aparıb.
Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilib. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparıb. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışıb.
63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısına da heç bir şans verməyib və Olimpiya çempionu olub.
1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (GEO) 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov 0:10
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov 0:12
FİNAL - Teymur Məmmədov - Antoni Montero (VEN) 7:0
100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi üzərində inamlı qələbə qazanaraq Olimpiya çempionu olub.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA) 11:0
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə 0:10
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə 0:5
FİNAL - İqbal Hacızadə - Dmitri Ceacusta (MDA) 5:1
Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz ümumilikdə 3 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq), Teymur Məmmədov (sərbəst güləş, 63 kq), İqbal Hacızadə (sərbəst güləş, 100 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB