Basketbolun 3x3 növü üzrə Azərbaycan millisi əsasında təşkil olunan "Qala" klubu Kopenhagendə keçirilən dünya turunda iştirak edib. "Qala" qrup mərhələsində "Ulıbka" (Rusiya), "Team İreland" (İrlandiya) və "Magazin Streetball" (Rusiya) komandalarına qalib gələrək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Pley-off mərhələsində basketbolçularımız meydan sahibi "Hoopz.dk" klubu üstələyərək yarımfinala yüksəliblər. Yarımfinalda "Qala" Serbiyanın "Ranch" konamdası ilə qarşılaşmış və rəqibə məğlub olan Azərbaycan təmsilçisi bürünc medalla kifayətlənib.
Xatırladaq ki, Sloveniyanın "Ljublijana" komandası finalda Serbiyanın "Ranch" kollektivini məğlub edərək 3x3 dünya turunun final mərhələsinə (Lozanna, İsveçrə) vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB