“İqtisadçı”nın yeni baş məşqçisi kimdir?

“İqtisadçı”nın yeni baş məşqçisi kimdir?

Bakının qadınlardan ibarət "İqtisadçı" voleybol komandasının yeni baş məşqçisi müəyyənləşib. Azərbaycan Super Liqası yarışlarını üçüncü pillədə başa vuran "İqtisadçı" braziliyalı Aleksandr Rivettiyə həvalə olunub.

Mütəxəssis ilə birillik müqavilə imzalanıb. Son mövsümü ölkəsində kişilərdən ibarət "Kampinas"ı çalışdıran və komandasına bürünc medal qazandıran A.Rivettinin qarşısına əsas məqsəd kimi Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında inamlı çıxış və Super Liqada ən azı "Dördlər finalı"na yüksəlmək tapşırığı qoyulub.

Qeyd edək ki, A.Rivetti Bakı klubunda türkiyəli Bülənt Karslıoğlunu əvəzləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə