“Sumqayıt” futbol klubu Kapital Bankla tərəfdaş oldu

“Sumqayıt” futbol klubu Kapital Bankla tərəfdaş oldu

Avqustun 27-də "Sumqayıt" futbol klubu ilə "Kapital Bank" ASC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "Sumqayıt" futbol klubunun stadionu bundan sonra 1 il müddətinə "Kapital Bank Arena" adlanacaq. Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqa malik olacaq.

"Kapital Bank Arena"nın konfrans zalında bununla bağlı mətbuat konfransı keçirilib.

"Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev imzalanmış müqavilə ilə bağlı məlumat verib.

"Kapital Bank" ASC-nin idarə heyəti sədrinin birinci müavini Fərid Məmmədov deyib ki, bu, təmsil etdiyi qurumun "Sumqayıt" ilə sonuncu işbirliyi deyil. Klubun Sumqayıt şəhər məktəblərində sağlam həyatın təbliği məqsədi ilə həyata keçirilməsini nəzərdə tutduğu layihələrdə də "Kapital Bank" ASC yaxından iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə