Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları keçirilir. SİA-nın məlumatına görə, üçüncü yarış günündə sərbəst güləşçilər mübarizə aparır.
Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.
63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısı ilə qarşılaşacaq.
1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (GEO) 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (RSA) - Teymur Məmmədov 0:10
3-cü dövrə - Ceyms Didasko (PLW) - Teymur Məmmədov 0:12
FİNAL - Teymur Məmmədov - Antoni Montero (VEN)
100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (BRA) 11:0
2-ci dövrə - Eduardo Qarsia (MEX) - İqbal Hacızadə 0:10
3-cü dövrə - Abdalla - Elgizavi (EGY) - İqbal Hacızadə 0:5
Xatırladaq ki, Nanjinqdə keçirilən yeniyetmələrin II Olimpiya Oyunlarında güləşçilərimiz hələ ki, 1 qızıl və 2 gümüş medala sahib olub. İslambek Dadov (yunan-Roma güləşi, 69 kq) qızıl, Cabbar Nəcəfov (yunan-Roma güləşi, 50 kq) və Leyla Qurbanova (qadın güləşi, 52 kq) gümüş medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB