II Yay Olimpiya Oyunlarında daha bir medal qazandıq

II Yay Olimpiya Oyunlarında daha bir medal qazandıq

Yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışlarında Azərbaycan gümüş medal qazanıb. Azərbaycanın bu növdə yeganə təmsilçisi Leyla Qurbanova (52kq) inamla yarışaraq təsnifat mərhələsində kanadalı Tianna Kennetə (4:0), ukraynalı Olena Kremzerə (3:1) və salvadorlu Mayra Elizabet Vaskuez Aparisioya (4:0) qalib gələrək finala vəsiqə qazanıb.

Həlledici görüşdə yaponiyalı Mayu Mukaya ilə qarşılaşan güləşçimiz 1:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Xatırladaq ki, Azərbaycan idmançıları yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında bu günədək 2 qızıl, 6 gümüş və 1 bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə