"Xəzər Lənkəran" Nildo ilə yollarını ayırdı

"Xəzər Lənkəran" Nildo ilə yollarını ayırdı

"Xəzər Lənkəran" futbol klubu və futbolçu Junior Nildo arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. SİA-nın məlumatına görə, ötən yay komandaya qoşulan braziliyalı forvard "Xəzər Lənkəran"ın heyətində 39 oyun keçirməklə 10 qol vurub.

"Xəzər Lənkəran" FK Junior Nildoya gələcək karyerasında uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə