Nanjinq-2014: Leyla Qurbanova finalda VİDEOLAR

Nanjinq-2014: Leyla Qurbanova finalda VİDEOLAR

Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları keçirilir. SİA-nın məlumatına görə, ikinci yarış günündə yeniyetmə qızlar mübarizə aparır.

Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.

52 kq çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda idmançımız Yaponiya təmsilçisi ilə qarşılaşacaq.

1-ci dövrə - Tianna Kennet (CAN) - Leyla Qurbanova 0:10
2-ci dövrə - Olena Kremzer (UKR) - Leyla Qurbanova 1:2
3-cü dövrə - Aparicio Vasquez (ESA) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)

FİNAL - Leyla Qurbanova - Mayu Mukaida (JPN) (saat 14:45-də başlayacaq)

Xatırladaq ki, Yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb.





Bütün xəbərlər Facebook səhifəmizdə