Azərbaycan millisi Qazaxıstandakı turnirdə iştirak edəcək heyəti açıqlanıb

Azərbaycan millisi Qazaxıstandakı turnirdə iştirak edəcək heyəti açıqlanıb

Böyüklərdən ibarət taekvondo üzrə Azərbaycan milli komandası Qazaxıstanda keçiriləcək Beynəlxalq "Qran-pri" turnirində iştirak etmək üçün avqustun 25-də həmin ölkəyə yola düşür. Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, avqustun 29-dan 31-dək Astanada keçiriləcək yarışda öz çəki dərəcələrində reytinqləri yüksək olan idmançılar iştirak edəcəklər.

Bu il ikinci dəfə keçiriləcək "Qran-pri" turniri sonra davamlı olaraq Böyük Britaniya və Meksikada təşkil ediləcək.

G4 dərəcəli "Qran-pri" yarışlarında yüksək yerləri tutmuş taekvondoçular reytinq xallarını qırx xal artırmış olacaqlar.

Yarışa dörd taekvondoçu ilə yollanan Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar Məşqçi Ələkbər İmaməliyevin, qadınlardan ibarət milli komandanın baş məşqçisi, kişilərdən ibarət komandanın böyük məşqçiləri, Əməkdar məşqçilər Gündüz Abdullayevin və Elnur Amanovun müəyyənləşdirdiyi heyətə Ramin Əzizov (80 kiloqramdan aşağı), Radik İsayev (80 kiloqramdan yuxarı), Günay Ağakişiyeva (57 kq), Fəridə Əzizova (67 kq) daxildirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə