"Qarabağ" və "Neftçi"nin oyunlarını kim idarə edəcək?

"Qarabağ" və "Neftçi"nin oyunlarını kim idarə edəcək?

UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" və "Neftçi"nin keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb. SİA-nın xəbərinə görə, avqustun 28-i saat 19:30-da, Niderlandın Enşede şəhərində keçiriləcək "Tvente" - "Qarabağ" matçını italiyalı hakimlər - Paolo Silvio Mazzoleni, Lorenzo Manqanelli, Alessandro Petrella, Sebastiano Peruzzo idarə edəcəklər.

UEFA nümayəndəsi Eduard Prodani (Albaniya), hakim-inspektor isə Kostas Kapitanis (Kipr) olacaq.

Həmin gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Neftçi" - "Partizan" (Serbiya) oyununu isə Robert Şörqenhofer, Mattias Vinzauer, Roland Brandner, Dominik Ouşan idarə edəcəklər. Hakimlər briqadası Avstriyadandır.

UEFA nümayəndəsi Kris Bellon (Belçika), oyunun hakim-inspektoru isə Mişel Vautrot (Fransa) təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə