Topaz Premyer Liqasının 3-cü turunda "İnter" doğma meydanda "Sumqayıt"ı 5:1 hesabı ilə üstələyib. SİA-nın məlumatına görə, bununla da "İnter" məğlubiyyətsiz oyunlar seriyasını 3-ə çatdırıb. Matçdan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında oyun barədə danışıb: "Komandamı təbrik edirəm. Bütün qollar gözəl alındı. Amma etiraf edim ki, topu saxlamaqda müəyyən problemlər vardı. Futbolçularla bu barədə danışmışam. Bunun üzərində çox çalışmaq lazımdır. Biz bu vərdişləri təkrarlamalıyıq. Qarşıda çox çətin oyunumuz var. "Xəzər Lənkəran"la matç çox ağır olacaq. Tez bərpa olunmalı və oyuna hazırlaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB