Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilib. SİA-nın məlumatına görə, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparır.
Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrupun birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.
50 kq çəki dərəcəsində təmsilçimiz Cabbar Nəcəfov B yarımqrupunda mübarizə aparır. O, Moldova, İran və Türkiyədən olan rəqiblərini məğlub edib, finala vəsiqə qazanıb.
1-ci dövrə - Uğur Beytekin (TUR) - Cabbar Nəcəfov 0:10
2-ci dövrə - Mohamedrza Ağaniaçarı (İRİ)- Cabbar Nəcəfov 5:9
3-cü dövrə - Dorin Cojocari (MDA) - Cabbar Nəcəfov 0:8
FİNAL - İlxom Baxromov (UZB) - Cabbar Nəcəfov
69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov isə A yarımqrupunda yarışır. O, Özbəkistan və Misir güləşçilərini məğlub edib. İdmançımızın növbəti rəqibi Qazaxstan təmsilçisi olacaq.
1-ci dövrə - İslambek Dadov - Abubakr Alimov (UZB) 5:0
2-ci dövrə - İbrahim Omar (EGY) - İslambek Dadov 0:5
3-cü dövrə - Yevgeniy Polivadov (KAZ) - İslambek Dadov (14:00-da başlayacaq)
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edir.
Qeyd edək ki, güləş yarışları avqustun 27-də başa çatacaq.
Xatırladaq ki, 2010-cu ildə ilk dəfə keçirilən yeniyetmələrin Olimpiya Oyunlarında güləşçilərimiz tam heyətlə iştirak etmiş, 4 qızıl və 1 gümüş medala sahib olmuşdular.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB