Bu gün idmançılarımız Nancinqdə medallar uğrunda mübarizəni davam etdirəcəklər

Bu gün idmançılarımız Nancinqdə medallar uğrunda mübarizəni davam etdirəcəklər

Çinin Nancinq şəhərində yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan boksçuları Rüfət Hüseynov və Məhəmmədli Tahirov yarımfinal oyunlarına çıxacaqlar. R.Hüseynov (49kq) yarımfinalda qazaxıstanlı Şalkar Ayxınbay ilə qarşılaşacaq. M.Tahirovun (+91kq) rəqibi isə almaniyalı Peter Kadiru olacaq. Daha bir idmançımız - yüngül atlet Benafeta Abreha qadınların 3 min metr məsafəyə qaçış yarışının finalında mükafat uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Azərbaycan idmançıları bu günədək yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında 1 qızıl və 4 gümüş medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə