Premyer Liqanın iki oyunu təxirə salındı

Premyer Liqanın iki oyunu təxirə salındı

"Qarabağ" və "Neftçi" klubları Peşəkar Futbol Liqasına müraciət edərək, UEFA Avropa Liqasının pley-off mərhələsində çıxış etdiklərini və hər iki klubun ölkəmizi bu turnirin qrup mərhələsində təmsil etmək şansının yüksək olduğundan Topaz Premyer Liqasının III turunun "Araz Naxçıvan" - "Qarabağ" və AZAL - "Neftçi" matçlarının təxirə salınmasını xahiş edibər.

SİA-nın məlumatına görə, yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin 3.19 bəndini nəzərə alaraq, Topaz Premyer Liqasının III turunun "Araz Naxçıvan" – "Qarabağ" və AZAL – "Neftçi" matçları başqa tarixə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə