Qurban Qurbanov: "Tvente"nin daha açıq futbol sərgiləyəcəyini gözləyirdik"
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Tvente" ilə oyundan (0:0) sonra mətbuat konfransında qarşılaşma barədə danışıb. SİA-nın məlumatına görə, o, cavab matçında fərqli oynayacaqlarını bildirib: "Qələbə qazanmaq istəyirdik, ancaq alınmadı. Qarşıda cavab oyunu var. Çumbinyonun oynamaması planlarımızı dəyişdi. O, zədəli olduğu üçün oynamadı. Əvəzində Maksim Medvedyev qayıtdı. Mütləq dəyişikliklər ediləcək. İstədiyimiz kimi oynaya bilmədik. Oyunun gedişini dəyişmək üçün erkən dəyişiklik etdim. Ancaq əvəzetmələr etimadımı doğrultmadılar. "Tvente"nin daha açıq futbol sərgiləyəcəyini gözləyirdik. Ancaq belə olmadı. Rəqib yaxşı müdafiə olundu. Bəzən 10 nəfərlə müdafiəyə çəkildilər. Bununla belə, təhlükəli qol epizodlarımız oldu. Məncə, Riçard Almeydanın oyunun alınmaması Çumbinyonun olmaması ilə bağlı idi. Bununla belə, futbolçular çox çalışdılar, ancaq istəyimizə nail ola bilmədik. Namiq Ələsgərovda bir qədər həyəcan var idi. Amma Cavid Tağıyevdə problem yox idi. Onları meydana buraxmaqla oyunda canlanma yaratmağı düşündüm. Fikrimcə, vaxtında edilən əvəzetmələr idi. Cavab matçında müəyyən dəyişiklik edəcəyik və səfərdə daha asan olacağını düşünürəm. Ümid edirəm ki, Hollandiyada qələbə qazanacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB