Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Kuboku yarışlarına hazırlaşır-

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Kuboku yarışlarına hazırlaşır-

Xəbər verdiyimiz kimi, avqustun 28-dən 31-dək "Jumeirah Bilgah Beach" otelində çimərlik futbolu üzrə Avropa Kuboku yarışları – "Bakı-2014" turniri keçiriləcəkdir. Turnirə hazırlıq məqsədilə avqustun 21-də millimizin Bakıda təlim-məşq toplanışı başlayıb.

Toplanışa Zeynal Zeynalov, Emin Kürdov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Əbdül Əliyev, Əli Hüseynov, Elçin Qasımov, Hikmət Bağırov, Vaqif Şirinbəyov, Asif Zeynalov, Amid Nəzərov, Sabir Allahquliyev, Renat Sultanov, Elvin Quliyev, Zabit Səfərov və Namiq İsgəndərov dəvət olunublar.

Təlim-məşq toplanışına avqustun 26-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə