"Partizan" komandasını yaxşı tanıyırıq, ciddi rəqibdir, güclü futbolçuları var". SİA-nın məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsində Serbiyanın "Partizan" kollektivinə qarşı oyundan əvvəl keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib. Baş məşqçi bu rəqiblə iki il əvvəl qarşılaşdığını xatırladıb: "Komandanın son oyunlarını izləmişəm. "Partizan" iki il əvvəl olduğundan güclüdür. Növbəti mərhələyə çıxacaq komandanın Bakıdakı oyunda müəyyən olunacağını düşünürəm. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər maraqlı qarşılaşmanın şahidi olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB