"Neftçi”nin üzvləri Belqradda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər FOTO

"Neftçi”nin üzvləri Belqradda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər FOTO

Futbol üzrə Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində "Partizan" komandası ilə qarşılaşacaq "Neftçi" klubunun üzvləri Belqraddakı "Taşmaydan" parkında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. SİA-nın məlumatına görə, klub rəsmiləri, məşqçilər, futbolçular və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Xatırladaq ki, "Partizan" - "Neftçi" oyunu bu gün Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə