Beynəlxalq turnirdə uğurla çıxış edən karateçilərimiz mükafatlandırılıb

Beynəlxalq turnirdə uğurla çıxış edən karateçilərimiz mükafatlandırılıb

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi Ərzurumda XI "Palandökən" beynəlxalq turnirindən yüksək nəticə ilə dönən idmançıları mükafatlandırıb. SİA-nın məlumatına görə, federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadə 25 ölkədən iki mindən artıq idmançının iştirak etdiyi yarışda uğurlu nəticə göstərən karateçilərimizə təbriklərini çatdırıb.

Yeniyetmələr arasında yarışın qaliblərindən Murad Hacızadəyə (70 kq), həmçinin Ermənistan milli komandasını böyük hesabla məğlub edən böyüklərdən ibarət milli komandanın üzvləri Pənah Abdullayevə və Əli Cəfərova baş sponsor Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "Əzmkar döyüşçü" mükafatı və qiymətli hədiyyələr təqdim edilib.

Turnirdən 4 qızıl, 1 gümüş, 5 bürünc, komanda yarışlarından isə bürünc mükafatla qayıdan yeniyetmə və gənclərdən ibarət milli komandamızın uğuru yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə