Paralimpiyaçımız Avropa çempionu oldu

Paralimpiyaçımız Avropa çempionu oldu

Böyük Britaniyanın Svansi şəhərində paralimpiyaçılar arasında atletika üzrə Avropa çempionatı keçirilir. Avqustun 20-də Azərbaycan Milli Paralimpiya Komitəsinin atleti Oloxan Musayev disk atma yarışlarında 41,63 metr nəticə göstərərək qızıl medal qazanıb.

Yarışda milli komandamızın 5 üzvü iştirak edir. Çempionata qatılmış digər idmançılarımızdan Allahverdi Allahverdiyev gümüş, Solmaz Səfərova isə bürünc medala sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə