Nancinqdə yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarının taekvondo növündə ölkəmizi təmsil edən Səid Quliyev (73kq) yarışların yarımfinal mərhələsinə yüksəlib. Nancinq beynəlxalq sərgi mərkəzində keçirilən taekvondo yarışlarında S.Quliyev dörddə bir final mərhələsində Kolumbiya idmançısı Ceyson Hoyos Serrano üzərində 7:4 hesabı ilə qalib gəlib. Bakı vaxtı ilə 16:30-dan sonra keçiriləcək yarımfinal görüşündə idmançımızın rəqibi misirli Seif Eysa olacaq. /AzərTAc/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB