Berti Foqts: "Komandamın dünya çempionatında çıxış edən yığmaya qarşı oynamasını istəyirdim"
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun "Sheraton Baku Airport Hotel"də mətbuat konfransı təşkil olunub. SİA-nın məlumatına görə, o, Özbəkistanla keçiriləcək oyun barədə fikirlərini bildirib: "Şadam ki, Özbəkistan yığmasına qarşı oynamaq fürsətimiz var. Amma təəssüf ki, bundan sonra avqustda FIFA-nın təqvimində yoldaşlıq oyunları üçün nəzərdə tutulmuş gün olmayacaq. Bu, bizim kimi ölkələr üçün əlverişsizdir.
Avropada Bolqarıstan yığmasının oyun üslubuna uyğun komanda tapmaq çox çətindir. Bu baxımdan, Özbəkistan millisinə qarşı oynamaq bizim üçün əhəmiyyətlidir.
Rusiya yığması ilə keçirəcəyimiz oyuna gəlincə, bizim futbolçular üçün bu qarşılaşmanın xüsusi prinsipiallıq daşıdığını bilirəm. Bu qarşılaşma prinsipiallığına görə Almaniya - Hollandiya matçını xatırladır. Fabio Kapello mənim dostumdur. Komandamın dünya çempionatında çıxış edən yığmaya qarşı oynamasını istəyirdim. Müqavilədə nəzərdə tutulub ki, Rusiya millisi ilə Bakıda da yaxın 3 ildə yoldaşlıq oyunu keçirilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB