"Barselona"dan möhtəşəm qələbə

İspanlar hazırlıq oyununda rəqibini darmadağın edib
"Barselona"dan möhtəşəm qələbə

İspaniya La Liqa komandalarından "Barselona" hazırlıq matçında Meksikanın "Club Leon" komandası ilə üz-üzə gəlib. Yeni transfer Luis Suarezin ilk dəfə forma geyindiyi oyunda "Barselona" matçdan 6:0 hesabı ilə qalib ayrılıb.

"Barselona"nın heyətində meydançaya Bravo, Rakitiç, Serxio, İniesta, Messi, Neymar, Rafinya, Masçerano, Jordi Alba, Dani Alveş və Mateyu çıxıb. Luis Suarez isə oyuna sonradan daxil olub.

Matçda Messi (3 dəq.), Neymar (12, 44 dəq.), El Haddadi (55, 79 dəq.), Ramires (90 dəq.) fərqlənə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə