Çimərlik voleybolu üzrə açıq çempionatının qalibləri müəyyənləşdi

Çimərlik voleybolu üzrə açıq çempionatının qalibləri müəyyənləşdi

Pirşağıdakı "Həyat" çimərlik və voleybol mərkəzində çimərlik voleybolu üzrə açıq Azərbaycan çempionatı keçirilib. 10-dan artıq qadın və kişi komandasının iştirak etdiyi çempionatda yerli cütlüklərlə yanaşı, Gürcüstan kollektivləri də mübarizə aparıblar.

Olimpiya sistemi üzrə keçirilən yarışda kişilərin mübarizəsində "Azərreyl-1" komandası çempionatı birinci pillədə başa vurub. "Azərreyl-2" komandası gümüş, "Azəryol-3" kollektivi isə bürünc medala sahib olublar.

Qadınların yarışında "Azəryol-2" birinci, "Azəryol-3" ikinci pillədə qərarlaşıblar. Gürcüstan təmsilçisi yarışı üçüncü pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə