Sabah Əbu-Dabidə 21-ci festival çərçivəsində şahmat ustalarının turniri başlanır. Beynəlxalq yarışa 97 iştirakçı gəlmişdir. Onların arasında 39 qrossmeyster, o cümlədən Azərbaycan qrossmeysterlərindən Nicat Abbasov (2536), Vüqar Rəsulov (2521) və Ülvi Bacarani (2486) də vardır. Bu şahmatçılarla yanaşı Azərbaycan idmanının şərəfini Abdulla Qədimbəyli (2168) və Aydan Xocatova (2018) qoruyacaqlar. Onların rəqibləri BƏƏ, Çin, Ukrayna, Fransa, Hindistan, Ermənistan, Rusiya, Çexiya, Rumıniya və digər ölkələrin nümayəndələri olacaqlar.
Dubayda 97 şahmatçının iştirak etdiyi ustaların turniri İsveçrə sistemi üzrə 9 turda keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB