Mircəlol Qasımov: "Yoldaşlıq oyunu Azərbaycan və Özbəkistan komandaları üçün faydalı olacaq"

Mircəlol Qasımov: "Yoldaşlıq oyunu Azərbaycan və Özbəkistan komandaları üçün faydalı olacaq"

Keçiriləcək yoldaşlıq oyunu Azərbaycan və Özbəkistan milli komandaları üçün faydalı olacaq. Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. Biz isə Asiya Oyunlarına hazırlaşırıq. Bu sözləri futbol üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Özbəkistan yığmasının baş məşqçisi Mircəlol Qasımov avqustun 19-da təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, oyunun keçirilməsində məqsəd İordaniya və Yeni Zelandiya kollektivləri ilə seçmə görüşlərə hazırlaşmaqdır. Ehtiyat heyətin nəyə qadir olduğunu bilmək istəyirik. Sentyabrda Avropa çempionatının seçmə mərhələsinə start verilir. Yığmanıza uğurlar arzulayıram. Ümid edirəm ki, final mərhələsinə adlayacaqsınız.

Bir müddət Bakının "Neftçi" klubunun formasını geymiş Bahodir Nasimovun yığmaya çağırılmamağına da münasibət bildirən M.Qasımov futbolçunun oyun təcrübəsinin olmadığını bildirib: "Hücumçu hazırda heç bir klubda çıxış etmir. İndi bizimlə olmasa da, o, yığmanın futbolçusudur.

Azərbaycan millisinin heyətində Mahir Şükürovun və Vaqif Cavadovun oyununu yüksək qiymətləndirən özbəkistanlı mütəxəssis hər iki komandaya uğurlar arzulayıb.

Azərbaycan və Özbəkistan yığmaları arasında yoldaşlıq oyunu avqustun 20-də "Bakcell Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə