“Qarabağ” və “Neftçi” oyununun vaxtı dəyişdi

“Qarabağ” və “Neftçi” oyununun vaxtı dəyişdi

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. SİA-nın xəbərinə görə, "Qarabağ" və "Neftçi" klubları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirdiyindən, onların III turdakı matçlarının vaxtı dəyişdirilib.

Peşəkar Futbol Liqası avrokuboklardakı təmsilçilərimizin müraciətini əsaslı sayıb və iki matçın vaxtını dəyişdirilməsini düzgün hesab edib.

Belə ki, "Araz Naxçıvan" – "Qarabağ" qarşılaşması avqustun 23-də deyil, ertəsi gün keçiriləcək. Həmin günə planlaşdırılan AZAL – "Neftçi" görüşü isə avqustun 25-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə