Çaparımız Belçikada 2 müxtəlif yarışın qalibi olub

Çaparımız Belçikada 2 müxtəlif yarışın qalibi olub

Avqustun 17-si Belçikada atçılıq üzrə CSİ-2* kateqoriyalı beynəlxalq "Lier" turnirinə yekun vurulub. SİA-nın məlumatına görə, 3 günlük yarışda ölkəmizi milli komandamızın üzvü Patrick Mc Entee təmsil edib. Əvvəlcə idmançımız "Alice" ləqəbli atla "Small Tour Grand Pri" mərhələsinin qalibi olub. Ardınca isə Patrick Mc Entee gənc atlarla keçirilən yarışa qoşulub. Turnirin bu mərhələsində "April Marais Mury Z" ləqəbli atla çıxış edən çaparımız yenə birinci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə