Beynəlxalq Şahmat Federasiyasının bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olundu

Beynəlxalq Şahmat Federasiyasının bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olundu

Norveçdə keçirilən Dünya Şahmat Olimpiadasının sonuncu günündə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olunub. SİA-nın məlumatına görə, bayraq Baş nazirin müavini, 2015-ci ildə Bakıda keçiriləcək dünya kuboku yarışlarının və 2016-cı ildə təşkil olunacaq Şahmat Olimpiadasının Təşkilat komitələrinin sədri Yaqub Eyyubova verilib.

Etimada görə FİDE rəhbərliyinə təşəkkür edən Yaqub Eyyubov Bakının həm dünya kuboku yarışlarını, həm də Şahmat Olimpiadasını yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə