Topaz Premyer Liqasının 2-ci turunda "Araz Naxçıvan" səfərdə "Qəbələ" ilə qarşılaşıb. SİA-nın məlumatına görə, gərgin idman mübarizəsində keçən oyun ev sahibi komandanın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra "Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev mətbuat konfransında oyun barədə danışıb: "Qəbələ"ni təbrik edirəm. Rəqibin cinahlardan oyun quracağını bilirdik. Bunun qarşısını ala bildik. Standart vəziyyətlərdən daha çox istifadə edirdilər. Bəzi epizodlarda bunun qarşısını ala bildik, bəzi epizodlarda isə səhvlər oldu. Görüləsi işlərimiz çoxdur. Çalışacağıq ki, gələcəkdə daha yaxşı oyun göstərək. İlk hissənin başlanğıcında yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyunu tam dəyişərdik. Hər iki komanda sona kimi mübarizə apardı. Hər halda, məğlubiyyətlə barışmadığımızı göstərdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB