Tərlan Əhmədov: "İlk 35 dəqiqədə komanda sanki özündə deyildi"

Tərlan Əhmədov: "İlk 35 dəqiqədə komanda sanki özündə deyildi"

Topaz Premyer Liqasının 2-ci turunda Zaqatalada yerli "Simurq"un qonağı olan AZAL ilk hissədə buraxdığı iki qolla qarşılaşmadan məğlub ayrılıb - 0:2. SİA-nın məlumatına görə, oyundan sonra mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma barədə fikirlərini bildirib: "İlk turdan fərqli olaraq, bugünkü oyunda mübarizə aparıb qələbə qazanmaq istəyirdik. Lakin görünür ki, əsas heyətin iki üzvünün olmaması oyunumuza təsir etdi. İlk 35 dəqiqədə komanda sanki özündə deyildi. Son 10 dəqiqədə isə komanda özünə gəldi. Hər halda, "Simurq"u layiqli qələbə münasibəti ilə təbrik edirəm. İkinci hissədə Kordobanın qol imkanı oldu, lakin epizoddan istifadə edə bilmədi. Mövsüm uzundur, qarşıdakı oyunlara baxacağıq. Legioner oyunçular komandaya tam uyğunlaşmayıb. Yaxın günlərdə daha bir hücumçu da komandamıza cəlb olunacaq. Öz oyunumuzu göstərmək üçün bizə müəyyən vaxt lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə