Karateçilərimiz erməniləri diz çokdürdü

Karateçilərimiz erməniləri diz çokdürdü

Türkiyənin Ərzurum şəhərində 11-ci Beynəlxalq "Palandökən" turnirinin komanda kumite yarışlarında erməni idmançılarla tatamiyə çıxan karateçilərimiz rəqibi biabırcasına məğlub ediblər. SİA-nın xəbərinə görə, böyüklərdən ibarət seçmə komandanın üzvləri Pənah Abdullayev və Əli Cəfərov rəqibə heç bir şans vermədən 7:0 hesablı qələbələrlə komandamıza və onu dəstəkləyən böyük auditoriyaya gözəl anlar yaşadıblar. Komandanın heyətində həmçinin Yusif Əliyevlə Vüsal İsrafilov da yer alıb.

Görüşdən dərhal sonra pərt vəziyyətə düşən ermənilər yarış zalını tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə