Şahmatçımız 22-ci Troya beynəlxalq turnirinin qalibi olub

Şahmatçımız 22-ci Troya beynəlxalq turnirinin qalibi olub

Azərbaycanlı qrossmeyster Vüqar Rəsulov Türkiyənin Çanaqqala şəhərində keçirilən 22-ci Troya beynəlxalq şahmat turnirinin qalibi olub. Gəncə şahmat məktəbinin yetirməsi olan V.Rəsulov inamlı oyun göstərərək 9 oyundan 8 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirin reytinq favoriti olan şahmatçımız Türkiyə, Almaniya, Gürcüstan, Türkmənistan və Azərbaycandan olan zəka sahiblərinə qalib gəlib.

V.Rəsulovun növbəti sınaq turniri avqustun 19-dan 29-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək beynəlxalq şahmat festivalı olacaq.

Digər təmsilçilərimizdən Misrəddin İsgəndərov və Kamal Ağasıyev hərəyə 7 xal toplayaraq müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşıblar. Fidan Ağasıyeva 5 xalla 36-cı, Vəli Zeynalzadə isə 4,5 xalla 50-ci nəticəni göstəriblər.

Beynəlxalq turnirdə 12 ölkədən 127 şahmatçı mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə