Çimərlik futbolu üzrə millimiz Bolqarıstan yığmasına qalib gəlib

Çimərlik futbolu üzrə millimiz Bolqarıstan yığmasına qalib gəlib

Avqustun 16-da İspaniyanın Torredembarra şəhərində təşkil olunan çimərlik futbolu üzrə Avropa super finalı yarışlarında Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb.

AFFA-dan bildiriblər ki, millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Comərd Baxşəliyevin het-trik, Zeynal Zeynalovun dubl etdiyi oyunda hərəyə bir dəfə Orxan Məmmədov və Asif Zeynalov fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə