Çimərlik voleybolu üzrə Azərbaycan açıq çempionatına start veriləcək

Çimərlik voleybolu üzrə Azərbaycan açıq çempionatına start veriləcək

Bu gün Pirşağıda yerləşən "Həyat Çimərlik və Voleybol Mərkəzi"ndə çimərlik voleybolu üzrə Azərbaycan açıq çempionatına start veriləcək. SİA-nın məlumatına görə, 10-dan çox qadın və kişi komandalarının iştirak edəcəyi çempionatda yerli cütlüklərlə birgə Gürcüstanın bir neçə cütlüyü mübarizə aparacaq. Çempionat olimpiya sistemi ilə keçiriləcək. Qalib gələn cütlüklərə qiymətli hədiyyələr təqdim olunacaq. İlk qarşılaşma saat 11:00-da start götürəcək. Yarışa sabah yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə