Sərbəst və yunan-Roma güləşi üzrə təsnifat yarışları başa çatıb

Sərbəst və yunan-Roma güləşi üzrə təsnifat yarışları başa çatıb

Azərbaycan Güləş Federasiyasının 1 nömrəli nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda çıxış edən sərbəst və yunan-Roma güləşi üzrə 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında təsnifat yarışları başlayıb. Yarışın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq, 1 nömrəli nümayəndəliyin tərkibində fəaliyyət göstərən klublarda çalışan məşqçilərin işini qiymətləndirmək, ehtiyat qüvvələri, xüsusən perspektivli güləşçiləri aşkarlamaq məqsədi daşıyır.

Tofiq Bəhramov adına Respublika Stadionunun güləş zalında keçirilən yarışın ilk günündə sərbəst güləş üzrə 100 pəhləvan mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Mədət Hacıməmmədov (29 kq), Elmir Cəlilov (32 kq), Namus Orucov (35 kq), Mürşüd Hüseynov (38 kq), Əlmuxtar Abbasov (42 kq), Sahib Dadaşov (47 kq), Röyal Məmmədov (53 kq), Rüfət Rəsulov (59 kq), Abdulxaliq Quluzadə (66 kq) və Vüsal Qədirli (73 kq) qalib gəliblər.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə