Azərbaycan idmanına itki üz verib. SİA-nın məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Oqtay Ağayev vəfat edib. Ağayev uzun sürən xəstəlikdən sonra bu gün 78 yaşında dünyasını dəyişib. Mərhum uzun illər SSRİ millisinin aparıcı voleybolçusu olub. 1956-cı ildə bu komandanın heyətində dünya çempionatının bürünc mükafatçısı olan voleybolçu müdafiədəki oyunu ilə tanınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB