İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə oğlan və qızlar arasında üzgüçülük üzrə şəhər birinciliyi keçirilib. Qızların mübarizəsində 12 idmançı yarışıb. Üzgüçülüyün 25 metr məsafəyə sərbəst üsulu üzrə keçirilən yarışda Nərmin İsmayılova bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi adını qazanıb. İkinci və üçüncü yerlərin sahibləri isə Arjin Doğan və Aysel Yusifzadə olublar.
Birincilikdə oğlanlar üç yaş qrupunda mübarizə aparıblar. 1999-cu il təvəllüdlü üzgüçülərin yarışında Elşən Babayev, Nihad Quliyev və Rza Abdullayev müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri bölüşüblər. 2000-2001-ci il təvəllüdlü iştirakçılardan isə Ülvi Kazımlı, Elçin Əliyev və Vasif Rüstəmov bütün rəqiblərini geridə qoymağı bacarıblar.
Sonra mübarizəyə 2002-2004-cü illər təvəllüdlü üzgüçülər qoşulublar. Bu yaş qrupunda Timur Abdullayev, Həsən Abbasov və Məhəmməd Abbasquliyev müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri olublar.
Sonda qaliblərə və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB