Ərsun Yanaldan boşalan posta İsmayıl Qartal gətirilib
Türkiyənin "Fənərbaxça" klubuna yeni baş məşqçi təyin olunub. Ərsun Yanaldan boşalan posta İsmayıl Qartal gətirilib. Yeni baş məşqçi ilə bu gün müqavilə imzalanacaq.
Mövsümün başlamasına qısa müddət qalmış Ərsun Yanalın istefa verməsi klubu çətin vəziyyətə salmışdı. Məhz bu səbəbdən 4 ildir klubda köməkçi məşqçi kimi işləyən Qartal klubun baş məşqçi postuna gətirilib.
Qeyd edək ki, klub rəhbərliyi bu qərarı futbolçularla da məsləhətləşərək verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB